İrandan Azərbaycana təklif

30-07-2018, 17:59
Oxunub: 140
"Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaları tariflərinin azaldılması barədə razılığa gəlib"


İran Azərbaycanı Ərdəbil əyalətinin Parsabad sərhədyanı şəhəri ilə Azərbaycanın cənubunu birləşdirəcək dəmir yoluna qoşulmağa dəvət edib.

Trend-in məlumatına görə, bu təklif İranın yollar və şəhər inkişafı naziri Abbas Axundinin Tehranda səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü zamanı səsləndirilib.

İranlı nazir bildirib ki, bu layihə Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə oxşardır və iki ölkə arasında nəqliyyat əməkdaşlığının genişlənməsinə kömək edəcək.

Öz növbəsində R.Quluzadə qeyd edib ki, Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaları tariflərinin azaldılması barədə razılığa gəlib.

Nazir vurğulayıb ki, tranzit və gömrük maneələri aradan qaldırılmalıdır. R.Quluzadənin sözlərinə görə, bununla əlaqədar olaraq tərəflər zəruri sərhədyanı prosedurları sadələşdirməyə razılıq verib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti