Prezident İlham Əliyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

30-07-2018, 12:22
Oxunub: 77
“Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün önəmlidir


Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etatist.com-un məlumatına görə bu barədə Prezidentin mətbuat xidməti xəbər yayıb. Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunaraq, bu yaxınlarda Brüsselə səfərini və Avropa İttifaqıŞurasının prezidenti Donald Tuskla keçirdiyi görüşünü məmnunluqla xatırlayaraq qeyd edib ki, həmin səfər zamanı aparılan səmərəli danışıqlar və Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün önəmlidir.

Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda, bu sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirib. Azərbaycan-Avropa İttifaqı əlaqələri gündəliyinin geniş olduğunu bildirən dövlət başçısı əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyevqeyd edib ki, Azərbaycan eyni zamanda NATO-nun etibarlı tərəfdaşıdır və bu təşkilat Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşlərinin və Brüsseldəki tədbirlərin çox yaxşı səviyyədə keçdiyindən məlumatlı olduqlarını vurğulayıb. Toivo Klaar Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndiyini qeyd edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib. Bu baxımdan qonaq Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu bildirib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, nəqliyyat, ticarət, turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti