Rövnəq Abdullayev: "Meşə çaqqalsız olmaz"

29-05-2013, 09:27
Oxunub: 1678


"Çox gözəl oyun oldu. Bərabər mübarizə getdi. Şəxsən mənim xoşuma gəldi”.

Etatist.com-un Lent.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Kubokunda "Neftçi” və "Xəzər Lənkəran” komandaları arasındakı final matçı barədə jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. 

O bildirib ki, 11 metrlik zərbələrlə qələbə bəxtdən asılıdır. R. Abdullayev "Xəzər Lənkəran”ın oyunundan yaxşı mənada təəccübləndiyini etiraf edib. 

AFFA prezidenti Azərbaycanı 2013-2014-cü il mövsümündə Avropa kuboklarında təmsil edəcək klublarımızın yüksək səviyyəli oyun sərgiləyəcəklərinə inam ifadə edib: "Bizim üçün ən əsası, qitə arenalarında yaxşı oynamaqdır. İnanıram ki, klublarımız bizi sevindirəcəklər”.

O, oyundan sonra baş verənlərə isə belə münasibət bildirib: "Meşə çaqqalsız olmaz”.

Eyni zamanda Dövlət Neft Şirkətinin prezidenti olan Abdullayev 2017-ci ilədək UEFA bayrağı altında keçirilən yarışlardan Çempionlar Liqası və Avropa Liqasına yox, yığma komandalar səviyyəsində turnirlərə sponsorluq edəcəklərini bildirib.
Şərhlər : 1 Şərh yaz
ARİF 2 avqust 2013 13:27  
MƏNƏ ELƏ GƏLİR Kİ,MÖCÜZƏLİ İNSAN OLAN KƏMALƏDDİN HEYDƏROV DA İSTƏSƏ QƏBƏLƏ KOMANDASINI DÜNYANIN ƏN GÜCLÜ FUTBOL KOMANDALARINDAN BİRİNƏ ÇEVİRƏ BİLƏR.JEK-İ NAZİRLİYƏ ÇEVİRƏN İNSANININ ƏLİNDƏ BU ASAN İŞDİR. BİZ GÖZLƏYİRİK
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti