Çavuşoğlu və Pompeo arasında telefon danışığı olub

28-07-2018, 20:55
Oxunub: 153
Danışıq Türkiyə XİN başçısının təşəbbüsü ilə baş tutub


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, danışıq Türkiyə XİN başçısının təşəbbüsü ilə baş tutub. Söhbətin təfərrüatları açıqlanmır.
 
Xatırladaq ki, daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti