"Azərişıq" ASC-də struktur dəyişikliyi edilib

25-07-2018, 23:19
Oxunub: 172
Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb


 Nazirlər Kabineti "Azərişıq" ASC-nin strukturunda dəyişikliklər edib.

Report xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 2018-ci il 1 iyun tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda aşağıdakı dəyişikliklər edilib:

Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri (2.5-ci bənd) "Zərdab, Kürdəmir, Sabirabad və Saatlı" sözləri “Zərdab və Kürdəmir" sözləri ilə əvəzlənib.

2.7-ci bənd (Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri) Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Lənkəran) - Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri ilə əvəz olunub.

Bununla yanaşı, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin strukturuna Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri yaradılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti