Azərbaycan XİN Pakistanda törədilmiş terror aktını pisləyib

25-07-2018, 19:44
Oxunub: 244
"Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı bizi çox kədərləndirdi"


Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Twitter mikrobloqu vasitəsilə bildirib:

"Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı bizi çox kədərləndirdi. Bu terror aktı çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnib. Biz terrorizmin bütün forma və təzahürlərini qınayır, qardaş Pakistan xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti