"ABŞ və Rusiya prezidentləri arasında növbəti görüş gələn il keçiriləcək"

25-07-2018, 23:52
Oxunub: 317
“Razılaşdıq ki, prezident Putin ilə növbəti ikitərəfli görüş gələn ilin yanvarın 1-dən sonra gerçəkləşsin”


ABŞ prezidenti Donald Tramp güman edir ki rusiyalı həmkarı Vladimir Putin ilə növbəti görüş Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair araşdırma başa çatdıqdan sonra, 2019-cu ildə baş tuta bilər.

APA-nın NBC-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan edib.

“Razılaşdıq ki, prezident Putin ilə növbəti ikitərəfli görüş prokuror Müllerin araşdırması başa çatdıqdan sonra, yəni gələn ilin yanvarın 1-dən sonra gerçəkləşsin”, deyə C.Bolton bildirib.

Qeyd edək ki, iyulun 19-da D.Tramp Con Boltona Rusiya prezidentini Vaşinqtona dəvət etməyi tapşırıb.

Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. O, Kremlin seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti