ABŞ Konqresi “F-35” qırıcılarının Türkiyəyə tədarükünü dondurub
25-07-2018, 10:05
Oxunub: 57
Müvafiq düzəliş ABŞ-ın 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantına edilib
ABŞ Konqresi Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri əldə etmək qərarına görə “F-35” beşinci nəsil qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü dondurub.APA-nın “The Washington Times”a istinadən verdiyi xəbərə görə, müvafiq düzəliş ABŞ-ın 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantına edilib.
Dəyişiklik Konqresin hər iki palatasında təsdiqlənib.