İsrail ordusu Suriya təyyarəsini vurub
24-07-2018, 17:15
Oxunub: 93
İsrail hava məkanını pozan təyyarə “Patriot” sistemindən buraxılan 2 raketlə vurulub
İsrail ordusu Suriyaya məxsus “Su” tipli təyyarəni vurub.APA-nın xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail hava məkanını pozan təyyarə “Patriot” sistemindən buraxılan 2 raketlə vurulub.
Hadisə ilə əlaqədar başqa təfərrüat verilməyib.