NATO-nun təhsil üzrə ekspert qrupu Bakıdadır
24-07-2018, 12:17
Oxunub: 136
İşçi görüşü iyulun 27-dək davam edəcək
Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyi və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Etatist.com-a verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyulun 27-dək davam edəcək işçi görüşdə müasir pedaqoji texnologiyalar, taksonomiyanın əsasları və digər məsələlər ətrafında müzakirələr aparılacaq.