ABŞ səfirliyinin birinci katibinin maşını Qvatamelada atəşə tutuldu

23-07-2018, 13:08
Oxunub: 82
Hadisə zamanı ABŞ səfirliyinin 1-ci katibinin maşını atəşə tutulub


Qvatemalanın cənubunda yerləşən Eskuintla departamentində ABŞ səfirliyinin əməkdaşlarının olduğu avtomobil atəşə tutulub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı ABŞ səfirliyinin ölkədəki birinci katibi Lourens Pol Ostrovski avtomobildə olub.

Məlumata görə, bir gün əvvəl departamentdə qadının qətlə yetirilməsindən sonra 150 nəfərdən ibarət silahlı qrup yaradılıb və onlar yoldan keçən bütün maşınları yoxlayıb. ABŞ səfirliyinin əməkdaşının olduğu maşın sakinlərin tələblərinə baxmayaraq, dayanmadığından ona doğru atəş açılıb.

Polisin verdiyi məlumata görə, Lourens Pol Ostrovski dərhal hadisə yerindən uzaqlaşdırılıb və iqamətgahına qədər polis tərəfindən müşayiət olunub.

ABŞ-ın Qvatemaladakı səfirliyi hadisəni təsdiqləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti