Çindən 8,2 milyon dollarlıq texnika və mexanizm alınıb

23-07-2018, 12:50
Oxunub: 54
Ələt qəsəbəsində alınan texnikaların təqdimatı keçirilib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Çin Xalq Respublikasından 112 adda yol texnikası və maşın mexanizmi alıb.

Trend-in məlumatına görə, bu gün Ələt qəsəbəsində həmin texnika və mexanizmlərin təqdimatı keçirilib.

Dövlət Agentliyinin Nəqliyyat idarəsinin rəisi Elşən Cəfərov bildirib ki, bu texnika və mexanizmlər Çin və Azərbaycan hökumətləri arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə verilib:

"Saziş çərçivəsində Çindən Azərbaycana 8,2 milyon dollar texniki yardım ayrılıb. Həmin vəsait hesabına Çindən 112 adda texnika və mexanizm əldə olunub. Son 6 ayda Agentlik tərəfindən 200-dən artıq yol texnikası alınıb. Tələbat artdıqca maliyyə vəsaitləri hesabına texnikalar alınır".

E.Cəfərov qeyd edib ki, texnika və mexanizmlər, əsasən, ABŞ, Belarus, Çin və Avropa ölkələrindən gətirilib: "Agentlik yol təsərrüfatında istifadə etmək üçün Azərbaycan istehsallı texnikalar da alıb. Yerli məhsulların istifadəsinə daha çox üstünlük verilir. Bu gün yol təsərrüfatında istifadə olunan elə Azərbaycan istehsallı texnika və mexanizmlər var ki, standartlara tam cavab verir".

O əlavə edib ki, yerli istehsal olan texnikalar yol təmiri maşınları, yanacaqdaşıyan nəqliyyat vasitələri, çoxfunksiyalı dizel aqreqatları, kompressorlar, generator və qaynaq aparatlarıdır".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti