Rusiya Ermənistanda genişmiqyaslı təlimlərə başlayıb

23-07-2018, 11:40
Oxunub: 32
İyulun 28-dək davam edəcək təlimlərə təxminən 500 texnika cəlb olunub


Rusiyanın Ermənistandakı hərbi bazasında üç mindən çox hərbçinin iştirakı ilə taktiki təlimlər başlayıb.

Report TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın Cənub Hərbi Dairəsi yayıb. 

İyulun 28-dək davam edəcək təlimlərə təxminən 500 texnika, o cümlədən hava hücumundan müdafiə, qırıcı və pilotsuz aviasiya cəlb olunub.

Hərbi bazadakı motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimlərin keçirildiyi "Kəmhud" və "Alagöz" poliqolnlarına istiqamətlənib. Avtomobil və zirehli maşınların hərəkəti zamanı birləşmələr şərti düşmənin hava hücumundan müdafiəsi üzrə tapşırıqları yerinə yetirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti