Anadolu Universitetinin diplomu tanınırmı?

27-05-2013, 16:48
Oxunub: 11100
"Tələbə bizim hər şeyimizdir"


Anadolu Universiteti və onun Azərbaycanda verdiyi distant təhsillə bağlı bir neçə yazımız olmuşdu. Belə ki, universitetin Azərbaycanda texniki işlərini həyata keçirən Avrasiya İnnovasiya İnstitutu İctimai Birliyinin əməkdaşlarının tələbələrin özəl həyatına müdaxiləsi və universitetdən xaric olunması ilə bağlı xəbərdarlıqlarının gəldiyi sırada anidən bildik ki, Anadolu Universitetinin rektoru Davut Aydın Bakıya gəlib. Biz getdik suallarımızı ona ünvanlayaq.


Görüşümüz qısa alınsa da ən azı bildik ki, tələbələrin xaric olunması səlahiyyəti Avrasiya İnnovasiya İnstitutunda deyil. Ancaq digər suallarımıza tam cavab ala bilmədik:


Distant təhsili evdən almaq mümkündürmü?; 
Nə üçün əvvəlcədən müqavilədə təsbit olunmadığı halda, sonradan planşetə görə təhsil haqqı qaldırıla bilir?;

Nə üçün təhsil haqqı Türkiyədə 400 lira (200 manat) olduğu halda Azərbaycanda bundan qat-qat daha çoxdur?


Amma aldığımız cavablar da oldu. Etatist.com-un müsahibi Anadolu Universitetinin rektoru professor Davut Aydındır:

- Azərbaycana səfəriniz nə ilə bağlı idi?

- Bu səfər təklifi dostum Cumadan gəldi. İşlə bağlı səfərlər bundan üç il əvvəl başladı və üç il əvvəl ilk dəfə 150 tələbə ilə Azərbaycanda dərs proqramlarına başladıq. Bildiyiniz kimi tələbə sayı etibarı ilə dünyanın ikinci böyük universitetiyik, 30 ölkədə təlim, tədris edən bir universitetik. Türkiyədə təhsil alan tələbə sayının yarısına təhsil verən bir universitetik. Məlumat, rabitə, televizoru, mobil texnologiyaların dünyada ən yüksək səviyyədə olduğu və bunu təhsillə birləşdirən bir universitetik. Burda (Azərbaycanda - red.) iki min tələbəmiz var. Müəllimlərimiz canlı olaraq həftədə 160 saat dərs verirlər. Keçən il məzun olanlar diplomlarını aldılar və işlə təmin edildilər. Aprel ayında məzun olan tələbələrimizi məzuniyyət tədbirinə dəvət etdilər və bir də bu il çox bacarıqlı tələbələrimizi Eskişehirdəki fakultələrimizə qəbul edəcəyik, təhsillərinə orda davam edəcəklər. Bu fədəki görüşlərimizdə iş birliyi çok geniş çərçivəyə çatdı. Bir az əvvəl Azərbaycan Dövlət İqdisad Universiteti ilə protokol imzaladıq, Prezident Akademiyası ilə, Slavyan Universiteti ilə iş birliyi anlaşması imzaladıq. Azərbaycan Döclət Texnik Universiteti ilə iş anlaşması imzaladıq. Bu yaxınlarda başqa bir neçə universitetlə anlaşma və protokollar imzalayacam. Beləliklə 11 universitet ilə iş birliyi etmiş olacağıq. Biz çalışırıq ki, iki dövlət bir millət pirinsipi ilə işlərimizi görək.


- Türkiyədə Anadolu universitetində təhsil haqqı 400 liradır (Təxminən 200 manat - red.), amma Azərbaycanda distant təhsil alanlar 1100 avro ödəyir və planşetlərin verilməsindən sonra bu qiymət 1200 avro olub. Bu, tələbələrlə imzaladığınız müqavilədə öz təsdiqini tapır mı?
- Biz 30 ölkədə təlim tədris veririk və hər ölkədə təhsil haqları fərqlidir. Çıxarları diqqətə alaraq təhsil haqqı müəyyən edilir. Hesab edirəm ki, gələcəkdə tələbələrimizin sayı artar, sayı artdıqca da təhsil haqqını gözdən keçirərik, daha da azaldarıq. Bilirsiniz ki, kiçik saylarla işlədikdə dəyişkən çıxarlarınız olur. Həm verdiyimiz xidmətlər də çeşidləndirildi. Necə çeşitləndirildi? Biz burda çox xüsusi model tətbiq edirik. Birinci hər həftə müəllimlərimiz gəlir siniflərdə üz-üzə dərs verir. Distant təhsildə əyani yox daha çox qiyabi dərs verilir, amma burda gündəlik dərslər keçirilir, əyani dərs verən universitetlərdəki kimi. İkincisi, hər gün, gündə yeddi saat Eskişehirdən video konferans vasitəsi ilə dərslər verir. Üstəgəl vebinal dediyimiz internet üzərindən dərslər verilməyə davam edir, kitablar dijital şəraitdə planşetlər olur. İndi təbii ki, belə bir sistemin içərisində çıxarlar Türkiyədəkinə görə yüksək olur. Türkiyədə bunların hamısını gerçəkləşdirmirik, amma Türkiyədə say böyük olduğu üçün çıxarlar daha kiçikdi. Qiymətlərin fərqlilik göstərməsinin səbəbi budur.

- Avrasiya İnnovasia İnstitutu İctimai Birliyi (QHT) ilə əlaqələriniz nə yerədir?

- Biz bura gələrkən Avrasiya İnnovasiya İnstitutu ilə əməkdaş olaraq müqavilə imzaladıq. Hal-hazırda bizim əməkdaşımızdır. Ofis işlərimizi və təşkilatçılığı üstlənib. Bütün məsuliyyət bizimdir, bütün tələbələrin diplomlarını Anadolu Universiteti olaraq biz veririk. Burdakı bütün tələbələrimiz Anadolu Universitetinin tələbəsidirlər.


- Avrasiya İnnovasia İnstitutu İctimai Birliyi tələbələri universitetdən xaric etmək hüququna malikdirmi?

- Xeyr, elə bir şey ola bilməz. Biz tələbə mərkəzli bir universitetik. Bizim işimiz tələbələrin yaxşı bir təhsil alması üçün çalışmadır. Tələbə bizim hər şeyimizdir. İmtahanlarımız da eyni ilə Türkiyədəki kimidir. İmtahanlar üçün Türkiyədən müəllimlər gəlir və burada, Anadolu litseylərində imtahanlar keçirilir. İmtahanların cavabları Türkiyəyə gətirilir və nəticələr Türkiyədə dəyərləndirilir.


- Alınan diplomlar Azərbaycanda tanınır?

- İndi hal-hazırda məzunlarımız İşləyirlər. Diplomlarımız bütün dünyada tanınır, çünki, bizim universitetimiz dünyaca məhşur bir universitetdir. Burda Təhsil Nazirliyinin bizim diplomları tanıması ilə bağlı kiçik bir problem var. Amma zənn edirəm ki, bu günlərdə o da həll olacaq. Bu məsələdə narahat olmaq üçün heç bir səbəb yoxdur.

 

Etatist.com

Kamran Həsənli

Şərhlər : 8 Şərh yaz
Yeraz 30 may 2013 16:13  
Rektorda etiraf eledi diplomlar taninmir.Daha ne sohbet eliye bilerik.Deyende deyirler o boyda gorusler olur muqavileler imzalanir neticesi ise rektor deyir ki diplomlarimiz burda taninmir.maraqlidi.
tunzale 25 sentyabr 2013 23:12  
mende o isttutda oxuyuram oxumaq cox cetindi hetta oqeder cetindiki telebelerin yarisi sinifde qalir hemcinin biri men ,oqder eziyyet cek bir 1 kesire gore sinifde qal,diplomin taninmaqin bilmirdim rektor boynuna aldisa indi tam emin oldum
Elman 1 oktyabr 2013 22:46  
Mən bu yaxinlarda burdan Menecment fakultesindən məzun oldum. Tehsil nazirliyinə Nostrifikasiya üçün müraciıt etdim mene Ekspert qrupunun rehberi Nezaket xanim dedi 70% diplom taninmayacaq. Ancaq 30% umud var. Allah köməyimizdə olsun AMİN.
Ayla 3 aprel 2014 12:57  
Evvelceden oz munnetdarliqimi bildirirem Size... men bilmek isyeyiremki Azerbaycanda tehsil alan mezunlarin diplomlarini tanitmaq mumkun olur bes niye anadolu universitesinin diplomunun taninmasina 30% qaranti verirsiz???? Xahish ediremki sualimi cavablandirasiniz
Rəna Baxşiyeva 14 may 2014 15:15  
Salam men orani bitirən məzunlara unvanlaniram zehmet olmazsa cavablandirardiniz Anadolu Unverstetinin diplomu Azərbaycanda taninirmi?keçerlidirmi?
Nermin 30 iyul 2014 11:26  
Men bawa duwmuremki,diplom taninmirsa,niye burda fealiyyet gosterir.soz tapmirame demeye.
Fəxri 28 avqust 2014 14:39  
Salam.Əgər diplom tanınmayacaqsa universitetin Bakıdakı fəaliyyəti niyə qanun çərçivəsində ləğv edilmir.Əgər Təhsil nazirliyi diplomu tanımayacaqsa niyə imkan verir ki,hər il 2000 tələbə 1200 manatdan 2400000 manatı Respublikadan kənara köçürsünlər.Həmin şəraiti Azərbaycanda yaradıb göstərilən vəsaitin öz dövlətimizin büdcəsinə keçirtsək pis olarmı?Mən bir Azərbaycan vətandaşı olaraq Təhsil nazirindən xahiş edirəm bu məsələyə laqyid yanaşılmasın.Axı bu tələbələr bizim gələcəyimizdirlər.
velid 24 sentyabr 2014 20:41  
anadolu universiteti hal hazrda sahtakarliqla mesgul olur.telebelrin sexsi informasiyalarini oyrenib ona uygun olarak onlari kursda saxlamagin yollarini dusunurler.cunki her kursda qalan telebe ilde 1200 man demekdir.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti