"Mən ABŞ-dan sağlam düşünməsini xahiş edirəm"

22-07-2018, 13:49
Oxunub: 87
Ticarət savaşının dünya iqtisadiyyatına təhlükə yaratması realdır


Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer ABŞ və Avropa arasında iqtisadi müharibənin başladığını elan edib.

Virtual.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“G20-də hər kəs ticarət savaşının dünya iqtisadiyyatının inkişafı üçün təhlükə yaradan bir reallıq olduğunu bilir. Mən ABŞ-dan sağlam şəkildə düşünməyə qayıtmasını, qaydalara və öz müttəfiqlərinə hörmətlə yanaşmasını xahiş edirəm”, - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Ağ Ev ilk addımı atmasa, Avropa Komissiyasının ticarət dialoqu üzrə rəsmi təklifi ilə bağlı danışıqlar mümkün olmayacaq. Avropanın da cavab tədbirlərini tətbiq etməkdən başqa heç bir şansı qalmayacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti