İranın cənubunda zəlzələ baş verib

22-07-2018, 13:40
Oxunub: 42
Hadisə yerinə xilasedicilər cəlb olunub


İranın Hörmüzqan əyalətində müxtəlif saatlarda 4,7 və 5,7 bal gücündə zəlzələ olub.

Etatist.com xəbər verir ki, "IRNA" agentliyi baş verən hadisə haqda Tehranın Geofizika Universitetinin Seysmoloji Mərkəzi İnstitutuna istinadən məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar İranın cənubunda qeydə alınıb. Zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Zəlzələ zamanı dağıntıların olması və xəsarət alanların sayı barədə hələki dəqiq məlumat verilmir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti