Kuba parlamanetində yeni hökumətin tərkibi təsdiqləndi

22-07-2018, 13:01
Oxunub: 34
Yeni Nazirlər Şurasının tərkibinə 34 nəfər daxil olub


Kubanın Xalq Hakimiyyəti Milli Assambleyası (birpalatalı parlament) plenar iclasda ölkənin Nazirlər Şurasının yeni tərkibini təsdiqləyib.

Trend-in məlumatına görə, yeni hakimiyyətə namizədlər aprel ayından ölkənin başçısı postunu tutan Dövlət Şurasının sədri Migel Dias-Kanel tərəfindən irəli sürülüb.

Deputatlar bütün namizədlikləri yekdilliklə dəstəkləyiblər.

Ölkənin yeni Nazirlər Şurasının tərkibinə 34 nəfər daxil olub. Hal-hazırda Raul Kastro tərəfindən formalaşdırılmış əvvəlki kabinetin bir çox üzvü öz vəzifələrini yerinə yetirməyi davam etdirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti