Elektrik enerjisi ixracından gəlir 2 dəfədən çox artırılıb

21-07-2018, 19:37
Oxunub: 31
Yanvar-iyun aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib


Bu ilin yanvar-iyun aylarında Azərbaycan 54 606,24 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Report Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 507,5 min dollar və yaxud 2,2 dəfə çoxdur.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 156 305,90 min kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin ilk yarısına nisbətən 571 878,54 min kVt/saat və yaxud 97,85% yaxud 2 dəfə çoxdur.

Yanvar-iyun aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti