Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanın vaxtı açıqlanıb

21-07-2018, 13:56
Oxunub: 274
Riyaziyyat üzrə test imtahanlarında 3524 namizədin iştirakı nəzərdə tutulur


İyulun 20-də ingilis və alman dilləri üzrə keçirilmiş test imtahanlarında 2918 nəfər iştirak edib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, namizədlər arasında ən yüksək nəticə olaraq ingilis dili üzrə 54, alman dili üzrə isə 56 bal qeydə alınıb.

İyulun 23-də keçiriləcək riyaziyyat üzrə test imtahanlarında 3524 namizədin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti