"NATO və Aİ Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər"

21-07-2018, 13:33
Oxunub: 61
"Bakı NATO və Aİ-na üzv ölkələrlə ikitərəfli münasibətlərin inkişafına maraqlıdır"


NATO və Avropa İttifaqı (Aİ) Azərbaycanın modernləşməsi prosesinə öz töhfələrini verməlidirlər.

Trend-in məlumatına görə, bu barədə beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin "Cəmiyyətlər üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutun "The Jerusalem Post" nəşrində dərc edilən məqaləsində deyilir.

A.Qut yazır ki, Aİ və NATO ilə siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir:

"Avropa İttifaqı və NATO ilə əməkdaşlıq şübhəsiz ki, Azərbaycana bir çox məqsədlərə çatmaqda kömək edə bilər. Buna görə də Bakı bu təşkilatlara daxil olan ölkələrlə ikitərəfli münasibətlərin inkişafına maraq göstərir".

Onun sözlərinə görə, Azərbaycan və Aİ arasında əməkdaşlığın səmərəliliyə, bərabər tərəfdaşlığa, qarşılıqlı anlaşmaya və hörmətə əsaslanması həyati əhəmiyyət kəsb edir.
 
Ekspert qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə nəinki tədarük marşrutlarının şaxələndirilməsi ilə, eləcə də ən əsası bu tədarükün şaxələndirilmiş mənbələrini təqdim etmək yolu ilə töhfə verir:

"Eyni zamanda, Azərbaycan NATO ilə "Sülh naminə tərəfdaşlıq" prinsipləri əsasında ümumi maraqların təmsil olunduğu geniş məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif format və səviyyələrdə keçirilən siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Əfqanıstanda təhlükəsizliyin təmin olunmasına töhfə, enerji təhlükəsizliyi ikitərəfli müzakirələrin və məsləhətləşmələrin əsas mövzularıdır. Qarşılıqlı anlaşmaya əsaslanan yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlığın tərəqqisinə xidmət edir".

Müəllif bildirir ki, "Sülh naminə tərəfdaşlıq" (1996-cı il), "Planlaşdırma və icmal prosesi" (1997) və Fərdi Tərəfdaşlıq Planı (2004) Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının əsas prinsip və məqsədlərini müəyyən edən əsas sənədlərdir:

"Azərbaycan İslam dünyasında dünyəvi, tolerant və multikultural dövlət kimi ölkənin bütün sahələrdə modernləşməsini qətiyyətlə həyata keçirir və Aİ ilə NATO-nun güclü və nüfuzlu tərəfdaş qismində bu prosesdə iştirak etmələri və töhfə vermələri mühümdür".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti