ABŞ Ukraynanın şərqində referendumun keçirilməsini dəstəkləmir

21-07-2018, 12:43
Oxunub: 62
Vaşinqton Minsk razılaşmasına sadiqdir


 ABŞ Dövlət Departamenti Donbasda referendum keçirilməsi ideyasına mənfi reaksiya verib.

Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert "Twitter" səhifəsində yazıb.

O, bildirib ki, rəsmi Vaşinqton hətta səsvermələri qeyri-legitim tanımağa hazırdır.

"ABŞ Ukraynanın şərqində referendumun keçirilməsini dəstəkləmir", - deyə Nauert "Twitter"-də yazıb.

Onun sözlərinə görə, Vaşinqton Minsk razılaşmasına sadiqdir.

Qeyd edək ki, "Bloomberg" Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa Donbasda referendum keçirmək barədə təklif irəli sürdüyünü yazmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti