3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

20-07-2018, 22:12
Oxunub: 485
Şəhərin hər küçəsi tarixdir


İstanbulu görməsəm də həmişə çox sevmişəm. Bu şəhər memarlıq abidələri ilə fərqliliyi ilə həmişə məni özünə çəkib. Nəhayət, dünyanın Avropanın ən böyük şəhərini görə bildim. Fotolarına baxdığım tarixini araşdırdığım şəhərin hər küçəsi tarixdir. Belə də olmalıdır axı. Çünki İstanbul Roma, Bizans, Osmanlı kimi böyük imperiyaların paytaxtı olub.
Fateh Sultan Mehmed İstanbula yürüş edəndə "ya Konstaniye məni alacaq, ya mən Konstaniyeyi" demişdi. Bu qədər önəmlidir İstanbul.

Şəhərin bütün tarixi abidələrinə getdim. Sultanların yaşadığı saraylardan tutmuş, dünyanın ən məşhur meydanlarından olan Taksimə, dünyanın ən böyük çarşısı olan Qapalı çarşıya qədər hər yeri gəzdim. Gəzdim və fotolar çəkdim. 
Fotolar insanlar haqqında yox, şəhər haqqında danışacaq sizə. İstanbula bir də mənim gözümdən baxın.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

15 İyul Şəhidlər Körpüsü (15 Temmuz Şehitleri Köprüsü)
Körpünün tikintisi 1970-ci ildə başlayıb və 1973-cü ildə Türkiyə Cümhuriyyətinin 50 il dönümü günündə rəsmi açılışı olub. 2016-cı il 15 iyul tarixində baş verən çevriliş cəhdində həyatını itirən vətəndaşların şərəfinə körpünün rəsmi adı 15 İyul Şəhidləri Körpüsü olaraq dəyişdirilib.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Anadolu Hasarı və ya Anadolu Qalası (Anadolu Hisarı)
Anadolu Qalası, 7.000 kvadratmetrlik sahə üzərində, Boğazın ən dar nöqtəsi olan 660 metr məsafədəki bölgəsinə 1395-ci ildə, İldırım Bəyazidin göstərişi ilə inşa edilib. Anadolu Qalası daxili və xarici qala ilə bu qalaların qala divarlarından ibarətdir. İç qala düzbucaq şəkilli dörd mərtəbəli bir qüllədir. İlk tikilişində bir giriş qapısı olmadığı üçün, qülləyə iç qala divarlarına uzanan bir asma körpüdən girilirdi. Üst qatlarına da içəridəki taxta pilləkənlərlə çıxılırdı.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Aya Sofya Muzeyi (Ayasofya Müzesi)
Turistlər tərəfindən ən çox ziyarət olunan muzey sənət və memarlıq baxımından dünyanın 8-ci möcüzəsi olaraq da adlandırılır. 532-ci ildə başlanan Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınıb. Gündə min usta, on min işçinin çalışdığı məbədin tikintisi 5 il 11 ay 10 günə bitib. Aya Sofya 537-1204-ci illərdə Yunan Ortodoks Kilsəsi, 1204-1261-ci illərdə Katolik kilsəsi, 1261-1453-cü illərdə Yunan Pravoslav Kilsəsi, 1453-1931-ci illərsə Osmanlının İmperiya məscidi olub.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda
Yerəbatan sərinci və ya Bazilika sisterni (Yerebatan sarıncı / sarayı)
 Bizans dövrünə aid su anbarı. VII əsrdə tikildiyi ehtimal olunur. Sisterndən XVI əsrədək istifadə edilirdi. Topqapı sarayının bağının sulanması üçün su buradan götürülürdü. Lakin müsəlman türklər axar su mənbələrindən su götürməyə üstünlük verdiklərindən sistern istifadəsiz qalmışdı və baxımsızlıqdan tədricən unudulurdu.
1544-1550-ci illərdə Bizans dövrünün abidələrini araşdırmaq məqsədilə İstanbula gələn holland səyyah P. Cillius yerli sakinlərin öz evlərində döşəmədə açdıqları deşiklərdən balıq tutduqlarını görərək yerin altında olan sisterndən xəbər tutmuşdu. Beləliklə, sistern onun tərəfindən yenidən kəşf edilərək Qərb aləminə tanıtdırılmışdı. Sultan III Əhməd və II Əbdülhəmidin (1876-1909) dövrlərində sistern təmir edilmişdi. Sonra yenə istifadəsiz qalıb və çirklənib.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Bəylərbəyi sarayı (Beylerbeyi Sarayı)
İstanbulun Üsküdar bölgəsinin Bəylərbəyi səmtində olan və Sultan Əbdüləzizin sifarişi ilə 1861-1865-ci illərdə inşa edilib. Sarayın ilk xarici qonağı III Napoleonun həyat yoldaşı Yevqeniya olub. II Əbdülhəmid Balkan müharibəsindən sonra təhlükəsizlik səbəbi ilə bu saraya gətirilib və bu sarayda da vəfat edib. 1934-cü ildə Atatürkün dəvəti ilə Türkiyəyə gələn İran şahı Rza Pəhləvi bu sarayda qonaq edilib. 

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Böyük Çamlıca təpəsidən İstanbulun görünüşü
Böyük Çamlıca təpəsi dəniz səviyyəsindən 268 metr yüksəklikdə yerləşir. Nurbaba Təkkəsi (Bektaşi) burada yerləşir.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Obelisk (Dikilitaş)
Sultanahmet Meydanının cənub tərəfində yerləşən bu obelisk ilk olaraq Misir fironu III Tutmos tərəfindən e.ə XV əsrdə hazırlatdırılıb. Roma imperatoru II Konstansi 357-ci ildə taxta gəlməsinin 20-ci il dönümü münasibəti ilə obeliski Nil çayı üzərindən keçirib İsgəndəriyyə şəhərinə gətizdirdi. Sonra 390-cı ilə I Feodosi obeliski gəmi ilə İstanbula gətizdirib indiki yerinə qoyur.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Dolmabağça sarayı (Dolmabahçe Sarayı)
I Əbdülməcidin sifarişi ilə 1886-cı ildə inşa edilib. Saray son Osmanlı sultanlarının iqamətgahı olub. Dolmabağça sarayı bir çox intriqaya, hakimiyyət davalarına, rüşvətə şahidlik edib.
Mustafa Kamal Atatürk də İstanbulda olduğu müddətdə bu sarayda qalırdı. O, həyatının son dövlərini burada keçirib, elə bu sarayda da dünyasını dəyişib.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Qalata qülləsi (Galata kulesi)
Qalata qülləsi İstanbul şəhərinin əsas simvollarındandır. Qalata qülləsi dünyanın ən qədim qüllələrindən hesab olunur. Qüllə Bizans imperiyasının imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildən inşa olunmağa başlayıb. 1204-cü ildə IV xaç yürüşü zamanı ciddi dağıntılara məruz qalan qüllə, 1348-ci ildə İsa Qülləsi adı ilə köhnə qüllənin yerində yenidən inşa olunub. 1348-ci ildə ikinci dəfə inşa olunan Qalata qülləsi həmin dövrdə Konstantinopol şəhərinin ən hündür binası hesab olunurdu. Osmanlı İmperiyası dövründə qaladan mayak, yanğın qülləsi, həbsxana kimi istifadə olunub.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Heydərpaşa vağzalı (Haydarpaşa Garı)
İstanbul-Bağdad dəmiryolu xəttinin baş stansiyası olaraq tikilib. Vağzalın tikintisinə 1906-cı ildə başlanılıb və 1908-ci ildə vağzal istifadəyə verilib. Bir rəvayətə görə binanın yerləşdiyi sahəyə III Səlimin paşalarından Heydər Paşanın adı verilib. Binanın tikintisini Anadolu Bağdad adı altında bir alman şirkəti həyata keçirdib.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

İstiqlaliyyət küçəsi (İstiklal Caddesi)
XIX əsrin sonlarından bəri İstanbulun ən məşhur küçəsi olaraq qəbul edilir. 1927-ci ilə qədər küçənin adı Cadde-i Kebir (Böyük küçə) olub. Küçənin uzunluğu 1400 metrdir.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda
İstiqlaliyyət küçəsi səhər

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda
Kadıköy sahili
Sahildən şəhərin mənzərəsi çox gözəl olduğuna görə İstanbulda turistlərin ən çox getdiyi yerlərdən biridir. 

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Qız qülləsi və ya Qız qalası (Kız kulesi)
Üsküdarda Bizans dövründən qalan tək əsərdir. Qüllə İstanbulun simvollarından biri sayılır. Tarixi e.ə 24-cü ilə qədər uzanır. 

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Qapalı çarşı (Kapalıçarşı)
Dünyanın ən qədim və böyük çarşısıdır. Gündəlik müştəri sayı 400000-ə qədər olur. Qapalı bazarın özünə aid xüsusi təhlükəsizlik təşkilatı var. Bazarda bütün bank şöbələri, poçt filialı, polis bölməsi, 3600 dükan var. Çarşıda 97 adda "xalça, dəri, gümüş, qızıl, çini, tekstil məhsulları, əşya, mis, mərmər, çanta, kilim, parça və s.) məmul satılır. 

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Nuruosmaniyə məscidi (Nuruosmaniye camii)
İstanbulda barokko tərzində inşa edilmiş ilk məscididir. Çəmbərlidaş səmtində, Qapalıçarşı girişində yer alır. 1755-ci illərdə inşa edilib. Məscidin yer aldığı sahədə daha əvvəl Osmanlı şeyxülislam Xoca Sadeddin Əfəndinin xanımı Fatimə Xatunun məscidi var idi. Fatma Xatun Məscidi yıxıldıqda I Mahmudun əmri ilə yerinə məscid tikintisi başlayıb. Mustafa Ağa və köməkçisi Simon Kalfa (Memar Simeon) tərəfindən həyata keçirilən tikinti, I Mahmudun ölümündən sonra üç illik səltənət sürən qardaşı III Osman zamanında “Nur-u Osmani” (Osmanlının Nuru) adı ilə yekunlaşdı. Adını padşah III Osmandan və məscidin içindəki işıqdan aldığı söylənilir.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda
Ortaköy sahili və Böyük Məcidiyə Məscidi (Ortaköy, Büyük Mecidiye Camii)
Məcid Sultan Əbdülməcid tərəfindən memar Nikoqos Balyana tikdirilib. Məscid barokko üslubunda tikilib. Çox zəif tikinti hesab olunur. Məscid hərəm və hökmdar bölümü olmaq üzrə iki hissədən ibarətdir.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Rumeli Hasarı (Rumeli Hisarı)
Rumeli Hasarı Anadolu Hasarının qarşısında, boğazın ən dar və axıntının güclü olduğu yerdə inşa edilib. Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən qalanın tikintisi 15 aprel 1452-ci ildə başlayıb, 31 avqust 1452-ci ildə bitib. Bu qala vasitəsi ilə II Mehmet bütün boğaza nəzarəti əlinə götürmüşdü.
 

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Rumeli Fənəri və ya Türkeli Fənəri (Rumeli Feneri / Türkeli Feneri)
Kırım müharibəsi zamanı fransız və ingilis gəmilərinin Boğazın və Qara dənizin girişlərini görə bilmələri üçün inşasına qərar verilən mayak 15 may 1856-cı ilə fransızlar tərəfindən qarşı sahildəki mayakla birgə qüllə qismi tikilərək istifadə edilib. 
1933-cü ildə fransızlara verilən 100 illik işlətmək imtiyazı ləğv edilib və mayak türklərin nəzarətinə keçib.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda
Rumeli Fənəri Qalası (Rumeli Feneri Kalesi / Rumeli Topçu Kalesi)

Rumeli Fənəri Qalası XVII əsrdən qalma qaladır. Qalanın bir giriş qapısı var. Cümhuriyyət zamanında hərbi nəzarət məntəqəsi kimi istifadə edilib. IV Murad dövründə inşa edilən qalada 60 hərbçi evi, 100 top, cəbbəxana, buğda anbarı və bir məscid var idi. Qalada 300 hərbçi yaşayırdı.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda
Qalanın içəridən görünüşü

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Sultan Əhməd Məscidi (Sultan Ahmet Camii)
Sultan I Əhmədin göstərişi ilə 1609-1616-cı illərdə Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa edilən məscid sadəcə məscid yox, həm də möhtəşəm sənət əsəridir. Məscidin memarlıq və bədii baxımdan diqqətə layiq ən önəmli məqamı bədii tərtibatda ümumi sayı 20.000-dən çox olan İznik çinilərinin istifadəsidir.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda
Sultan Əhməd Məscidinin Aya Sofyadan görünüşü

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda
Fateh Sultan Mehmet Körpüsü (Fatih Sultan Mehmet Köprüsü)
İstanbulda Kavacık ilə Hisarüstü arasında, Asiya ilə Avropanı Boğaziçi körpüsündən sonra ikinci dəfə birləşdirən asma körpü.
Tikintisinə 4 yanvar 1986-cı ildə başlanılmış və hazırda dünyanın ən böyük polad asma körpüləri içində 14-cü sırada yer alan bu böyük layihə 3 iyul 1988-ci ildə tamamlanıb.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Taksim Meydanı (Taksim)
İstanbulun Avropa hissəsində, "Bəyoğlu" məhəlləsində yerləşən meydan. Meydan İstanbul şəhərinin ən məşhur məkanlarından biri, eləcə də böyük alış-veriş, turizm və istirahət ərazisidir. Öz restoranları, mağaza və otelleri ilə məşhurdur.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Topqapı sarayı (Topkapı Sarayı)
Saray 400 il Osmanlı sultanlarının iqamətgahı olub. Sarayın inşasına 1459-cu Fateh Sultan Mehmedin əmri ilə başlanılıb. Sultanların əvvəlki iqamətgahından fərqləndirilməsi üçün saray “Yeni Saray” adlandırılıb. Saray XIX əsrdən etibarən Topqapı adlandırılmağa başlanılıb.

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda
Topqapı sarayı

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Üsküdar sahili
Buradan "Kız kulesi" mənzərəsi çox gözəl olduğuna görə turistlərin və şəhər sakinlərinin ən çox ziyarət etdiyi yerlərdən biridir.

 

3 mədəniyyətin paytaxtı - İstanbul fotolarda

Yavuz Sultan Səlim Körpüsü (Yavuz Sultan Selim Köprüsü / Üçüncü Köprü)
Körpünün eni 59 metrdir. Dünyanın ən geniş körpüsüdür. 2013-cü ilin may ayında təməli atılan körpünün tikintisi 2016-cı ilin avqust ayında bitib. Körpünün tikintisinə 8,5 milyard Türk Lirəsi xərclənib.

Etatist.com
Vəli Şükürov

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti