MM deputatları Latviyaya səfər edəcək

20-07-2018, 19:29
Oxunub: 36
Millət vəkilləri Azərbaycan Ticarət Evinin açılış mərasiminə də qatılacaqlar


Milli Məclisin deputatları - Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və qrupun üzvü Rüstəm Xəlilov iyulun 22-də Riqaya səfər edəcəklər.

Trend-in məlumatına görə, səfərin məqsədi Latviya Bələdiyyələr İttifaqının təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak etməkdir.

Seminar yerli özünüidarəetmə orqanları ilə bağlı yeni layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məsələlərinə həsr olunub.

Deputatlar müzakirələr zamanı çıxış edəcək, qeyd olunan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Millət vəkilləri, eyni zamanda, Azərbaycan Ticarət Evinin açılış mərasiminə də qatılacaqlar.

Səfər iyulun 25-də başa çatacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti