"ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək"

20-07-2018, 16:21
Oxunub: 74
"ABŞ-ın “Cənub Qaz Dəhlizi”nə dair belə mövqeyi onun həyata keçirilməsi prosesində mühüm əhəmiyyət daşıyır"


ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru Caydev Sinkx daxil olmaqla geniş nümayəndə heyəti Energetika Nazirliyində olub.

Nazirlikdən APA-Economics-ə verilən məlumata görə, Energetika naziri Pərviz Şahbazovla nümayəndə heyəti arasında keçirilən görüşdə iki ölkə, USAİD ilə Energetika Nazirliyi  arasında enerji sahəsində əməkdaşlıq, “Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsinə dair müzakirələr aparılıb. Vaşinqtonda 27-ci Dünya Qaz Konfransında Azərbaycanın energetika nazirinin iştirakı və tədbir çərçivəsində  baş tutmuş yüksək səviyyəli görüşlərin Azərbaycan-ABŞ əlaqələrinin möhkəmləndirilməsində rolundan bəhs edilib, enerji əməkdaşlığının gələcək  inkişafı üçün qaldırılan məsələlərin əhəmiyyətindən danışılıb.

Energetika naziri Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə ABŞ-ın dəstəyinin bütün görüşlərdə vurğulanmasını və davamlı enerji əməkdaşlığına marağın ifadə edilməsini  təqdir edib. Bildirilib ki, ABŞ-ın “Cənub Qaz Dəhlizi”nə  dair belə mövqeyi onun həyata keçirilməsi prosesində mühüm əhəmiyyət daşıyır.

ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill isə deyib ki, ölkəsi Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlıqda qətiyyətlidir: "ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək".

Görüşdə  həmçinin “Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsi üzrə növbəti addımlar barədə  fikir  mübadiləsi aparılıb. Beynəlxalq təcrübə əsasında hazırlanan qanun layihəsinə son tövsiyələrin nəzərdən keçirilməsinin vacibliyi qeyd edilib. USAİD-in  Missiya direktoru Caydev Sinkxin iştirakı ilə görüləcək tədbirlərdən danışılıb.  Bundan başqa, elektroenergetika sektorunda aparılan islahatlarda əməkdaşlığın təmin edilməsi üçün USAİD ilə Energetika Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması perspektivlərinə toxunulub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti