İki il ərzində 239 sürücü işdən kənarlaşdırılıb

20-07-2018, 15:46
Oxunub: 52
"Marşrut sürücülərinin sərnişinlərlə münasibətinə xüsusi diqqət yetirilir"


2017-ci ildə sərnişinlərlə kobud davrandığı və yol verdiyi xətalara görə 154 sürücü işdən azad olunub. 2018-ci ilin 6 ayı ərzində isə 85 sürücü işdən kənarlaşdırılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin durektor müavini Azər Qasımov deyib.

Onun sözlərinə görə, marşrut sürücülərinin sərnişinlərlə münasibətinə xüsusi diqqət yetirilir: "Bundan başqa, bu vaxta qədər 300-dək sürücü töhmət və xəbərdarlıq alıb. Bəzən həmkarlar təşkilatının qərarı ilə qaydalara riayət etməyən sürücüləri işdən azad edirik".

Qeyd edək ki, "BakuBus" MMC-nin istifadəsində 13 marşrut xətti var.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti