Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb

20-07-2018, 14:58
Oxunub: 104
Ədəbiyyat muzeyində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib


Mədəniyyət naziri Əbülfəs Qarayev Qazax rayonunda vətəndaşlarla görüşüb.

Mədəniyyət Nazirliyindən Etatist.com-a verilən məlumata görə, nazir Qazax şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul edib.

Ə. Qarayev Qazaxda Heydər Əliyev Mərkəzi, Şəhidlər xiyabanını, Mütəfəkkirlər parkını ziyarət edib, Cümə məscidi, İsrafil ağa hamamı, vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin (Qazax Müəllimlər Seminariyası) fəaliyyət göstərdiyi bina və Ədəbiyyat muzeyi ilə tanış olub.

Ədəbiyyat muzeyində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti