Xəzər sahilinə tullantı boşaldan şəxslər cərimələnib

20-07-2018, 11:23
Oxunub: 53
Qanun pozucularının hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə olunublar


Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Xəzər rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, keçirilən reyd zamanı rayonun Xəzər dənizinin sahil zolağına “Kamaz” markalı 99-KZ-932, 90-CR-686 və 10-CD-468 dövlət qeydiyyat nömrə nişanlı avtomobillərdən tullantıların boşaldıldığı faktı aşkar edilib.

Faktlarla bağlı avtomobillərin sahibləri Saleh Cəfərov, Rauf Məmmədov və Elməddin Vəliyev barəsində protokollar tərtib edilib və qanun pozucularının hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə olunublar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti