Pak Kın He daha 8 il həbs cəzasına məhkum edilib

20-07-2018, 11:08
Oxunub: 65
Cənubi Koreyanın keçmiş prezidenti bundan əvvəl korrupsiyaya görə də 24 il azadlıqdan məhrum edilib


Cənubi Koreyada məhkəmə keçmiş ölkə başçısı Pak Kın Heni dövlət vəsaitini israfçılıqla xərclədiyinə və partiya fəaliyyətinə müdaxilə etdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum etmək qərarına gəlib.

Report "Yonhap" agentliyinə istinadən xəbər verir ki, xanım He ölkənin Milli Kəşfiyyat Agentliyinin büdcəsindən vəsait aldığına görə 6, hakim partiyanın seçki namizədlərinin təyin edilməsindəki qanunsuz iştirakına görə isə 2 illik həbs cəzasına məhkum edilib.

Bundan başqa, o, 3,3 milyard von (təxminən 3 milyon ABŞ dolları) cərimə ödəməlidir.

Xatırladaq ki, Cənubi Koreyanın keçmiş prezidenti bundan əvvəl korrupsiyaya görə də 24 il azadlıqdan məhrum edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti