Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq

19-07-2018, 17:55
Oxunub: 149
Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada "BakıKart" vasitəsi ilə olacaq


İyulun 21-dən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi-“Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayacaq.

Bakı Nəqliyyat Agentliyindən APA-Economics-ə verilən məlumata görə, müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçiriləcək.

Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada "BakıKart" vasitəsi ilə olacaq: "Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib". 

 
 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti