EBRD Azərbaycana 99 mln. avro kredit verib

19-07-2018, 16:54
Oxunub: 60
Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı dəyişməyib


Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci ilin may ayında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 99 mln. avro və yaxud 3,23% artaraq 2018-ci il iyunun 1-nə 3,169 mlrd. avro təşkil edib.

Report-un məlumatına görə, verilmiş borclarda özəl sektorun mövqeyi ötən aylara nisbətən 1 faiz bəndi zəifləyərək 25% olub.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və ilin əvvəlində olduğu kimi 165 olaraq qalıb.

Qeyd edilən dövrdə Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 81 mln. avro və yaxud 3,57% artaraq 2,351 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 6 mln. avro və yaxud 0,61% böyüyərək 992 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 15 mln. avro yaxud 1,05% artaraq 1,444 mlrd. avroya bərabər olub.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verib. Belə ki, bu layihələrin sayı 1 vahid yaxud 2,08% azalaraq yenidən 47-ə düşüb.

Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq qalıb.

EBRD-nin cari portfelinin 50,14%-i yaxud 724 mln. avroluq hissəsi enerji, 41,76%-i yaxud 603 mln. avroluq hissəsi infrastruktur, 4,92%-i yaxud 71 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 46 mln. avroluq yaxud 3,19%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti