İyulun 18-də keçirilmiş qəbul imtahanlarının nəticələri 2 günə açıqlanacaq

19-07-2018, 14:43
Oxunub: 249
Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir


I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri 2 günə elan ediləcək.

Bu barədə Etatist.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilir ki, abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)

Bildirilib ki, yaxın günlərdə abituriyentlər, müəllimlər, ekspertlər, valideynlər I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir.

İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti