Yaponiya İrandan neft idxalını dayandıracaq

19-07-2018, 14:15
Oxunub: 91
İrandan idxal edilən neftə alternativ olaraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi göstərilib


Yaponiya İrandan neft tədarükünü oktyabradək tamamilə dayandıracaq.

Report İran KİV-inə istinadən xəbər verir ki, bunu Yaponiyada çıxan “Nikkei” qəzeti yazıb.

Yaponiya Xarici İşlər Nazirliyindən adının açıqlanmasını istəməyən yüksək vəzifəli məsul şəxs bildirib ki, müttəfiqlərinin məqsədi İrandan neft idxalatını oktyabr ayına qədər sıfıra endirməkdir.

İrandan idxal edilən neftə alternativ olaraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi göstərilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti