İran-Pakistan sərhədində atışma olub

19-07-2018, 11:58
Oxunub: 69
Yerli silahlı qruplaşmalar arasında tez-tez atışma olur


İran-Pakistan dövət sərhədində iranlı sərhədçilərlə naməlum şəxslər arasında baş verən atışma nəticəsində bir hərbçi ölüb.

Report “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı İran Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, hadisə İranın cənub-şərqində Zahidan şəhəri yaxınlığında baş verib.

İranın bu hissəsində bəluclar yaşayır. Onlar milli haqlarının təmin olunması uğrunda silahlı mübarizə aparır. Bundan başqa, İrana narkotik maddələrin də daha çox bu istiqamətdən gətirildiyi barədə məlumatlar yayılır.

Son zamanlar İranın təhlükəsizlik qüvvələri ilə yerli silahlı qruplaşmalar arasında tez-tez atışma olur. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti