Atlantik okeanının dibi ilə internet kabeli çəkiləcək

19-07-2018, 11:56
Oxunub: 389
"Google Cloud" virtual platformasını genişləndirməyə kömək edəcək


"Google" şirkəti 2020-ci ilədək Transatlantik internet kabel xəttini istifadəyə verməyi planlaşdırır.

İnternet nəhəngi bununla "Microsoft" və Amazon" şirkətləri ilə mübarizədə rəqabətqabiliyyətliliyi artırmaq niyyətindədir.

Məlumata görə, layihə Qırmızı Xaç Cəmiyyətinin təsisçisi və ilk Nobel mükafatı laureatı Anri Düranın şərəfinə "Dunant" adlandırılıb. Adətən belə layihələr bir neçə şirkət tərəfindən dəstəklənir. Lakin "Dunant" telekommunikasiya sahəsini təmsil etməyən və bir şirkətə məxsus olan ilk kabel xətti olacaq.

"Google" şirkətinin top-meneceri Ceyn Stouell bildirib ki, kabel Atlantik okeanı ilə şəbəkənin buraxılış qabiliyyətini artıraraq internetin ən çox yüklənən istiqamətini tamamlayacaq və "Google Cloud" virtual platformasını genişləndirməyə kömək edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti