Rusiyanın yeni raket kompleksli qırıcıları Xəzər dənizində növbə çəkməyə başlayıb

19-07-2018, 11:22
Oxunub: 25
Hədəfləri tam dəqiqliklə vurmaq olur


Rusiyanın arsenalında səsdən sürətli "Xəncər" raketləri olan qırıcı-ələkeçirici "MiQ-31" tayyarələri Xəzər dəniziakvatoriyası üzərində növbə çəkməyə başlayıb.

Report "İnterfaks"a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən qırıcıların planlı növbətçiliyinin strateji saxlama tədbirləri çərçivəsində keçirildiyini bildiriblər.

Qeyd edək ki, "Xəncər" aviadaşıyıcıları eskada mina gəmilərini və potensial düşmənin kreyserlərini məhv edə bilər. Bu kompleksin döyüş hissəsi "İsgəndər" seriyasının modifikasiyalı aeroballistik raketidir. Bu raketlərlə 2 min kilometrdən çox radiusda olan hədəfləri tam dəqiqliklə vurmaq olur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti