Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib

19-07-2018, 11:04
Oxunub: 63
"Uyğun şəkildə həyata keçirməyə dəvət edir”


Qida Təhlükəsizliyi Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib.

Report-un xəbərinə görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzərinizə çatdırır ki, ixrac prosesini həyata keçirməzdən əvvəl xarici ölkələrin idxal tələbləri və oxşar məsələlərlə bağlı zəruri məlumatları ətraflı və operativ şəkildə əldə etmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin international@afsa.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunmasında iştirakına yüksək qiymət verir və öz fəaliyyətlərini qarşılıqlı etimad şəraitində qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti