"Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb"

18-07-2018, 14:41
Oxunub: 36
"İki ölkənin bu göstəricini 1 milyard dollar və daha yüksək səviyyəyə çıxarmaq üçün potensialı var"


"Ötən il ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb".

Report xəbər verir ki, bunu "Kiyev İnformator" radiosunun efirində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Onun sözlərinə görə, iki ölkənin bu göstəricini 1 milyard dollar və daha yüksək səviyyəyə çıxarmaq üçün potensialı var.

Səfir həmçinin qeyd edib ki, Azərbaycan Ukraynada humanitar kampaniyalar keçirməyə davam edir, o cümlədən Lvovda Oftalmologiya Mərkəzi təmir və avadanlıqla təchiz edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti