"Taliban"ın hücumu nəticəsində iki ABŞ hərbçisi ölüb

18-07-2018, 14:27
Oxunub: 25
Əbdülrəhman Manqal silahlıların Calrez mahalında ABŞ hərbi bölmələrinin mövqelərinə hücum etdiyini bildirib


 Əfqanıstanın mərkəzində yerləşən Maydan-Vardaq əyalətində radikal "Taliban" hərəkatının silahlıları tərəfindən təşkil edilən hücumda azı iki ABŞ hərbçisi ölüb.

Report "İnterfaks"a istinadən xəbər verir ki, əyalət başçısının mətbuat katibi Əbdülrəhman Manqal silahlıların Calrez mahalında ABŞ hərbi bölmələrinin mövqelərinə hücum etdiyini bildirib.

Ə.Manqal qeyd edib ki, bundan sonra ABŞ aviasiyası silahlıların gizləndiyi məktəbi bombalayıb, bina tam dağıdılıb, nəticədə bir neçə silahlı ölüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti