"Rusiyanın əfqan xalqından üzr istəməsini gözləyirik”

18-07-2018, 17:08
Oxunub: 40
“Qonşular arasında belə hadisələr olur"


“Biz Rusiya hakimiyyətinin əfqan xalqından üzr istəməsini gözləyirik”.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstanın Rusiyadakı səfiri Abdulla Kayum Kuçay bildirib.

“Qonşular arasında belə hadisələr olur. Ancaq biz Rusiya hakimiyyətinin əfqan xalqından 1978-ci ildə Sovet İttifaqının və sovet hərbçilərinin Əfqanıstanda törətdikləri əməllərinə görə üzr istəməsini gözləyirik. Belə bir üzrxahlıq iki ölkə arasında münasibətlərin dərinləşməsinə və möhkəmlənməsinə xidmət edər ”, - deyə səfir vurğulayıb.

Diplomat qeyd edib ki, əvvəlki səhvlərin təkrar olunmaması üçün Əfaqanıstan hakimiyyəti Rusiya ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti