"Xainlər cəzasını alacaq"

18-07-2018, 16:00
Oxunub: 35
Əvvəlcə 15 iyul hadisələrinə dair film nümayiş olunub


Bakı Yunus Emre İnstitutu və İLESAM Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 iyul hərbi çevriliş cəhdinə həsr olunan "Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq" adlı tədbir keçirilib.

APA-nın xəbərinə görə tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, media nümayəndələri və digər şəxslər iştirak edib.

Əvvəlcə 15 iyul hadisələrinə dair film nümayiş olunub.

Tədbirdə çıxış edən Türkiyə səfiri Erkan Özoral bildirib ki, türk milləti vətəni üçün canından keçməkdən heç vaxt çəkinməyəcək: “Bu hadisəni törədənlər gücünü xaricdən alan satılmış xainlərdir. Bu xainlər əməllərinin cəzasını alacaqlar".

H. Babaoğlu çıxışında deyib ki, 15 iyul tarixində Türkiyə Cümhuriyyəti yenidən doğulmuş sayılır: “FETÖ terrorizmi erməni terrorizmi qədər qəddardır. Bəs, bu terrorun arxasında kim dayanır? Bu, heç də erməninin, FETÖ-nun ağlı deyil. Bunun arxasında qlobal imperializm durur. Nəyin baş verdiyini dərk etməsək, səbəblərini ortaya çıxartmasaq, bənzər hadisələrlə yenidən üz-üzə gələ bilərik”.

İLESAM Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Nuri də çıxışında qeyd edib ki, türk milləti bir olarsa, bu cür hadisələr bir də yaşanmaz.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti