“Tramp Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib”

18-07-2018, 15:53
Oxunub: 40
İndiyədək Donald Trampla Həsən Ruhani arasında görüş olmayıb


“Ötən il BMT Baş Assamableyasının sessiyasında iştirakı çərçivəsində İran prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Tramp onunla görüşmək üçün İslam Respublikasının nümayəndə heyətindən 8 dəfə xahiş edib”.

Report “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının başçısı Mahmud Vaizi iyulun 18-də jurnalistlərə açıqlamasında bildirib.

“İnterfax” bildirib ki, ABŞ prezidentindən görüşlə bağlı sorğunun verilməsi barədə məlumat yayılmayıb. İndiyədək Donald Trampla Həsən Ruhani arasında görüş olmayıb.

Bildirilib ki, 2017-ci ilin oktyabrında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhra Qasemi BMT Baş Assambleyası çərçivəsində Donald Trampın görüşmək istəyindən Həsən Ruhani imtina edib. Onda ABŞ Dövlət Departamentinin sözçüsü Xizer Noyretdə BMT-də Assambleya çərçivəsində yüksək səviyyədə görüşün keçirilməsində İran tərəfinin imtina etdiyini bildirmişdi. Ancaq o, bu görüşdə ABŞ tərəfindən iştirak edəcək rəsminin adını açıqlamayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti