Azərbaycanda qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlanıb

18-07-2018, 11:50
Oxunub: 40
Bu vəsait medianın maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf olunub


Azərbaycanda indiyədək qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlanıb.

APA-nın məlumatına görə, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi Rayon İcra Hakimiyyətində 22 iyul Mətbuat Günü münasibəti ilə keçirilən tədbirdə bildirib ki, hazırda Azərbaycanda 5000-dən çox mətbuat orqanı qeydiyyatdan keçib.

O, ölkədə mətbuatın fəaliyyətinin azad olduğunu xatırladaraq deyib ki, medianın maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin sosial vəziyyəti daim dövlətin diqqətindədir. V. Səfərli həmçinin bildirib ki, bu günə qədər KİVDF-yə dövlət tərəfindən 35 milyon manat vəsait ayrılıb və bu vəsait medianın maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti