"Saytlardakı xəbərləri arxivləşdirmək lazımdır"

18-07-2018, 11:37
Oxunub: 94
"Bu səbəbdən təklif edirəm ki, fondlarımızı birləşdirək"


"Saytlarda, mətbuat orqanlarında yer alan xəbər və məlumatları arxivlərdirmək lazımdır".

Report xəbər verir ki, bunu AMEA-nın Mərkəzi Milli Kitabxanasının (MEK) direktoru Leyla İmanova "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbirdə deyib.

O, saytların arxivlərinin MEK-lə birləşdirilməsini təklif edib. Direktorun sözlərinə görə, bəzi saytların yaddaş imkanı az olur: "Müəyyən müddət keçdikdən sonra köhnə materiallar oradan silinir, müəlliflər və ya oxucular istədiyi hər hansı bir yazını tapa bilmirlər. Bu səbəbdən təklif edirəm ki, fondlarımızı birləşdirək".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti