Tacikistan prezidenti avqustda Azərbaycana səfər edəcək

18-07-2018, 11:18
Oxunub: 69
Səfərin dəqiq tarixi yaxın vaxtlarda elan ediləcək


Tacikistan prezidenti Emomali Rahmon avqust ayında Azərbaycana gələcək.

APA-nın "Asia-Plyus" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan hökuməti məlumat yayıb.
Bildirilir ki, avqustda Tacikistan prezidenti E. Rahmonun Azərbaycan, Özbəkistan və Türkmənistana səfəri planlaşdırılıb. Azərbaycana səfər çərçivəsində iki ölkə arasında bəzi sənədlərin imzalanması gözlənilir.

Səfərin dəqiq tarixi yaxın vaxtlarda elan ediləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti