Sertifikat ala bilməyən mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcəklər

18-07-2018, 10:33
Oxunub: 27
Pambıq yığımında iştirak edə bilməyəcəklər


İyulun 23-də Kənd Təsərrüfatı Nazirliyiyanında "Aqrolizinq" ASC-nin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzində mexanizatorlar üçün təlim keçiriləcək. 

Report nazirliyə istinadən xəbər verir ki, təlimlərdə məqsəd cari ildə pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsidir. 

Təlimlərə 19 rayon üzrə 230 mexanizator cəlb olunacaq. Bir ay davam edəcək təlimlərdə mexanizatorlara pambıqyığan texnikalardan səmərəli istifadə, texniki qulluğun aparılması, əməyin mühafizəsi və digər sahələr üzrə məlumat veriləcək. 

Təlimləri uğurla başa vuran mexanizatorlar sertifikatla təltif olunacaqlar. Hər hansı bir səbəbdən sertifikat əldə edə bilməyən mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcəklər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti