"Günvurma ilə əlaqədar 60 nəfər hospitalizasiya olunub"

17-07-2018, 14:09
Oxunub: 26
34 nəfərə yerində yardım göstərilib


Havaların isti keçməsi ilə əlaqədar mövsüm başlayandan bu günədək Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 94 müraciət daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın APA-ya verdiyi məlumata görə, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar müraciət edən şəxslərin 60 nəfəri hospitalizasiya edilib, 34 nəfərə yerində yardım göstərilib. 

Hospitalizənin profilaktik məqsədlə tətbiq edildiyini vurğulayan S. Əhmədova qeyd edib ki, müraciət edənlərin arasında ağır və həyati təhlükəsi olan yoxdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti