Bu il 800 mln. dollar kriptovalyuta oğurluğu olub

17-07-2018, 15:33
Oxunub: 110
Keçən ay xakerlər tərəfindən Cənubi Koreyanın “Bithumb”u hədəfə alınıb və 30 mln. dollar oğurlanıb


2018-ci ildə dünyada xakerlər tərəfindən 800 mln. dollar məbləğində kriptovalyuta oğurlanıb.

Report bu barədə “Audonomous Research”un araşdırmasına istinadən xəbər verir.

Yaponiyanın “Coincheck” birjasının yanvar ayında məruz qaldığı kiber hücumlar nəticəsində 500 mln. dollardan çox bitkoin oğurluğu həyata keçirilib. Bu soyğunçuluq ilin ən böyük kriptovalyuta oğurluğu olaraq tarixə keçib.

Keçən ay isə xakerlər tərəfindən Cənubi Koreyanın “Bithumb”u hədəfə alınıb və 30 mln. dollar oğurlanıb.

Xatırladaq ki, 2011-ci ildə ilk kriptovalyutalara 56 kiber hücum həyata keçirilib və ümumilikdə 1,6 mlrd. dollardan çox oğurluq edilmişdi. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti