Bu gün keçirilmiş valyuta hərracının nəticəsi açıqlanıb
17-07-2018, 14:40
Oxunub: 106
Manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.AMB-dən APA-Economics-ə verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7000 səviyyəsində müəyyən edib.