"Tramp köməkçilərinin Putinlə görüş üçün tərtib etdiyi materiallara laqeyd yanaşıb"

17-07-2018, 11:56
Oxunub: 270
Maykl Pompeo da istəyib


ABŞ Prezidenti Donald Tramp köməkçiləri tərəfindən dünən Helsinkidə Rusiya dövlət başçısı Vladimir Putin ilə keçirilən görüş üçün hazırlanan 100 səhifəlik sənədin çox hissəsinə laqeyd yanaşıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.

Məlumatlı mənbələrin verdiyi xəbərə görə, D.Trampun dialoqu aparma şəkli böyük ölçüdə plana zidd olub. Belə ki, plana əsasən ABŞ prezidenti danışıqlarda sərt mövqe tutmalı idi. O cümlədən görüşdən əvvəl Ağ ev rəhbərinin köməkçiləri onunla bir sıra məsələləri müzakirə ediblər, lakin Tramp danışıqlar zamanı qərarını dəyişib və danışıqları öz bildiyi kimi aparıb.

"The Washington Post"un Ağ evdəki mənbələri deyiblər ki, Trampın Putin ilə görüşdə qəti mövqe sərgiləmsini onun ətrafındakıların hamısı, o cümlədən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibi Maykl Pompeo da istəyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti