Bu ilin 6 ayında ölkəyə idxal edilmiş avtomobillərin sayı açıqlanıb

17-07-2018, 11:45
Oxunub: 27
"10 ilə qədər endirilməsi məqsədi ilə tərəfimizdən tədbirlər planı hazırlanıb"


2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 9588 ədəd avtomobil idxal olunub.

Report xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, ölkəyə gətirilən avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir: "2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 9588 ədəd avtomobil idxal olunub. ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb. Ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 64%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb. Narahatçılıq doğuran əsas məqamlardan biri də avtonəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir. Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77, yük avtomobillərinin isə 81%-nin yaşı 10 ildən çoxdur. Bu baxımdan avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədi ilə tərəfimizdən tədbirlər planı hazırlanıb".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti